Solovyov rusiyalıları işıqsız və istiliksiz qışa hazırlaşmağa çağırıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın tanınmış təbliğatçısı, teleaparıcı Vladimir Solovyov ölkə vətəndaşlarına müraciət edərək onları Ukrayna Silahlı Qüvvələrinin endirə biləcəyi zərbələr səbəbindən elektrik enerjisiz və istiliksiz qışa hazırlaşmağa çağırıb. O, bu barədə öz müəllif verilişində danışıb.
Solovyov vurğulayıb ki, infrastruktur obyektlərinə edilən hücumlar ciddi enerji problemləri yarada bilər. Buna görə də rusiyalılar qış aylarında çətin və kəskin şəraitə psixoloji və maddi olaraq hazır olmalıdırlar.
Bununla yanaşı, o, təhlükəsizliyin təmin edilməsi məqsədilə Ukrayna ilə həmsərhəd olan Rusiya ərazilərində yaşayan sakinlərin Sibirə köçürülməsini təklif edib.
Onun bu təklifi sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.аz






