Qadın ikinci dəfə evlənmək istəyən ərini yuxuda QƏTLƏ YETİRDİ – FOTOLARbackend

Qadın ikinci dəfə evlənmək istəyən ərini yuxuda QƏTLƏ YETİRDİ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada qadın ikinci dəfə evlənmək istəyən ərinin boğazını kəsib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Suriyada dəhşətli ailə cinayəti qeydə alınıb. İsmayıl ət-Takruri adlı şəxs həyat yoldaşına ikinci arvad almaq istədiyini bildirib.

Qadın əvvəlcə rəsmən bu təkliflə razılaşdığını desə də, gecə yarısı dəhşətli və amansız addım atıb.

Məlumata görə, qadın gecə hamı yatdıqdan sonra yuxuda olan ərinə hücum edərək onun boğazını kəsib və qətlə yetirib.

Dəhşətli hadisədən dərhal sonra cinayəti törədən qadın yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb və araşdırmalar aparılır.

Xuraman Etibarlı

İnterpress.аz