Quba rayon sakini su kanalına yıxılması nəticəsində boğularaq ölüb.
İnterpress.az xəbər verir ki, hadisə iyulun 18-də Ərəbxanlı kəndinin ərazisində baş verib.
Talabqışlaq kənd sakini 1982-ci il təvəllüdlü M. Surxayev qıcolmadan su kanalına yıxılması nəticəsində boğularaq ölüb.
Araşdırma aparılır.






