Bursanın İznik rayonunda kömür daşıyan yük maşını idarəetməni itirərək yanacaqdoldurma məntəqəsinə çırpılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyədə ağır yük avtomobilinin iştirakı ilə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində iritonnajlı yük maşını yüksək sürətlə yanacaqdoldurma məntəqəsinə çırpılıb və oranı darmadağın edib.
Hadisə nəticəsində məntəqənin strukturu ciddi şəkildə dağılıb, yanacaq paylayıcı qurğular sıradan çıxıb.
Qəza yerinə dərhal xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanacaqdoldurma məntəqəsində hər hansı partlayış və ya yanğın təhlükəsinin qarşısını almaq üçün ərazidə təcili təhlükəsizlik tədbirləri görülüb.
Qəzada İki uşağı olan Erdinç Çırit adlı bir kişi həlak olub.
Xuraman Etibarlı
İnterpress.аz






