Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşırbackend

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,68 ABŞ dolları və ya 3,02 % artaraq 91,5 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 84,66 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,61 ABŞ dolları və ya 3,07 % artaraq 87,57 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.