Yanan yağı su ilə söndürmək istəyən gənc bütün evi YANDIRDI – FOTObackend

Yanan yağı su ilə söndürmək istəyən gənc bütün evi YANDIRDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulan-Udedə gənc yanan yağın üzərinə su tökərək otağı tamamilə yandırıb

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Ulan-Ude şəhərində məişət qaydalarının pozulması kəskin yanğına və ciddi xəsarətlərə səbəb olub.

22 yaşlı gənc mətbəxdə tavanın içindəki yağı qızmağa qoyub və unudub. Yağ qəflətən alovlandıqda isə o, alovu söndürmək məqsədilə tavanın içinə dərhal su töküb.

Qaynar yağın üzərinə tökülən su alovun partlayışla kəskin şəkildə böyüməsinə səbəb olub. Alov saniyələr ərzində pərdələrə və ətrafdakı mebellərə keçərək otağı bürüyüb.

Hadisə nəticəsində “təcrübəçi” gənc boyun və qol nahiyələrindən ağır yanıq xəsarətləri alıb.

Binanın qonşu sakinləri dərhal təhlükəsiz yerə təxliyə edilib. Yanğınsöndürənlər gəlsələr də, otaq tamamilə külə dönərək tamamilə məhv olub.

Xuraman Etibarlı

İnterpress.аz