Xaçmaz sakini özünü evin damından atmaq istədibackend

Xaçmaz sakini özünü evin damından atmaq istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

İnterpress.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.