Xalq Cümhuriyyətinin varisi kimi sərhədlərimizi bərpa edib, tam və qəti qələbə çalmışıq – Millət vəkilibackend

Xalq Cümhuriyyətinin varisi kimi sərhədlərimizi bərpa edib, tam və qəti qələbə çalmışıq – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1991-ci ilin 18 oktyabr tarixi xalqımızın həyatında müstəsna əhəmiyyətə malik bir gündür. Məhz həmin gün illər öncə başlamış Milli Azadlıq hərəkatı öz hədəfinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu.

Azərbaycan xalqı öz müstəqilliyini savaşaraq, biləyinin gücü ilə qazanıb. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olması tarixi faktına əsaslanır.

Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərməklə yanaşı, soydaşlarımızın tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirir.

Bu gün biz faktiki varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyəti dövründəki milli sərhədlərimizin bərpasına nail olmuşuq, tam və qəti qələbə çalmışıq. Azərbaycanın bütün ərazisində artıq suverenliyimiz təsbit olunub.

İstiqlalımız və ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhunu sayğı ilə anaraq, xalqımızı 18 Oktyabr Dövlət Müstəqilliyimizin bərpası münasibəti ilə təbrik edirəm. Dövlətimiz uca, xalqımız xoşbəxt olsun!

Milli Məclisin deputatı

Tənzilə Rüstəmxanlı