XİN: Los Anceles və Belçikada radikal erməni qüvvələri tərəfindən törədilən təxribatlara görə saxlanılanlar varbackend

XİN: Los Anceles və Belçikada radikal erməni qüvvələri tərəfindən törədilən təxribatlara görə saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Los Ancelesdə aksiya zamanı azərbaycanlı qadına əl qaldıran erməni əsilli şəxs artıq saxlanılıb”.

İnterpress.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Abdullayeva deyib ki, həmin şəxsin məhkəməsi olacaq: “Azərbaycanın Belçikada diplomatik rezidensiyanın yanında radikal erməni qüvvələri tərəfindən törədilən təxribat zamanı 6 nəfər saxlanılıb. Polisin şifahi məlumatına görə artıq 15 nəfər tutulub”.

 

İnterpress.az