Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı “Azərsu” ASC-ni məhkəməyə verib.
İnterpress.az report-a istinadən xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinə müraciət edən YAP-ın rayon təşkilatı su təchizatı ilə bağlı tələb irəli sürüb.
İddia hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.