YAP Kəlbəcər rayon təşkilatının sədri şəhid ailəsini ziyarət edib – FOTObackend

YAP Kəlbəcər rayon təşkilatının sədri şəhid ailəsini ziyarət edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov Yeni Azərbaycan Partiyası və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyi tərəfindən başladılan “Zəfər Müjdəli Novruz” bayramı aksiyası münasibəti ilə 23 Mart 2022-ci il tarixində I Qarabağ müharibəsi şəhidi Əbilov Nadir Qədir oğlunun Bakı şəhərində yaşayan ailəsini ziyarət edərək, Novruz Bayramını təbrik edib, bayram sovqatları verib.

İnterpress.az xəbər verir ki, Həbib Misirov Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirib.

Qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Şəhidin ailə üzvüləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

I Qarabağ müharibəsi şəhidi Əbilov Nadir Qədir oğlu 01 oktyabr 1954-cü ildə Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub. Nadir Əbilov 1971-ci ildə İstisu qəsəbə orta məktəbini bitirib. Gəncə Kənd Təsərrüfatı Texnikomunda ali təhsil almışdır. 1979 ildə ailə həyatı qurmuş.

1984-cü ildə işi ilə əlaqədar olaraq Şamaxı rayonunun Meysəri kəndinə köçmüşdür. 1993-cü ildə könüllü olaraq cəbhəyə yollanmışdır. 02 yanvar 1994-cü ildə Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.

Şəhidimiz Nadir Əbilovun oğlu hal-hazırda atasının şərəfli peşəsini davam etdirərək, Azərbaycan Silahlı Qüvvələri Sıralarında şərəflə xidmət edən hərbi qulluqçudur.
Nadir Əbilovun adını daşıyan nəvəsi Nadirin də arzusu gələcəkdə qəhrəman babası və atası kimi hərbiçi olmaqdır.

Sonda şəhidin ailə üzvləri bildirdilər ki, bu günə şükürlər olsun ki, qəhrəman oğullarımız şəhidlərimizin qisasını aldılar.

Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun! Allah Şəhidlərimizin doğmalarına səbr versin!