Yaponiya və ABŞ Yapon və Şərqi Çin dənizi, həmçinin Sakit okeanı üzərində hərbi hava qüvvələrinin təlimlərini keçirib.
Bu barədə Yaponiya Hava Özünümüdafiə Qüvvələri məlumat yayıb.
Qeyd olunur ki, təlimlərə ölkənin Hava Özünümüdafiə Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin 50-dən çox aviasiya texnikası cəlb olunub.
Təlimlərdə ABŞ-ın 4 “F-35A” qırıcıları iştirak edib.