Mayın 8-də Yaponiya parlamentində keçirilən səsvermə nəticəsində PKK terror təşkilatının aktivlərinin dondurulması qanunu təsdiqlənib.
İnterpress.az xəbər verir ki, bu barədə yapon jurnalist İşii Takaki sosial mediada verdiyi açıqlama verib. Məlumata görə, Yaponiya Türkiyə ilə münasibətlərinin korlanmasının qarşısını almaq üçün tədbirlər görür.
Müxbirin sözlərinə görə, Novruz bayramı zamanı terror təşkilatı PKK-nın lehinə şüarların səsləndirildiyi, PKK bayrağının dalğalandığı, ilahilər oxunduğu aydınlaşınca Yaponiya hökuməti hərəkətə keçib.
Beləliklə, Yaponiya parlamentində mayın 8-də keçirilən səsvermə nəticəsində PKK terror təşkilatının aktivlərinin dondurulması qanunu təsdiqlənib.
Xuraman Etibarlı
İnterpress.az