“Yaşıllar” Partiyasında BÖHRAN: Seçkilərdə məğlubiyyətdən sonra KÜTLƏVİ İXTİSARLARbackend

“Yaşıllar” Rartiyasında BÖHRAN: Seçkilərdə məğlubiyyətdən sonra KÜTLƏVİ İXTİSARLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada “Yaşıllar”da seçkilərdə məğlubiyyətdən sonra kütləvi ixtisarlar gedir.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniyada parlament seçkilərində məğlubiyyətə uğrayaraq müxalifətə keçən “Yaşıllar” Partiyasında böhran davam edir.

Partiya hələ də öz siyasi kursunu müəyyənləşdirməyib, İndaxildə isə gələcək strategiya ilə bağlı kəskin mübahisələr gedir.

İyulun sonunda keçirilən fövqəladə əməkdaş yığıncağında partiyanın mərkəzi ofisində böyük ixtisarların olacağı açıqlanıb.

Partiyanın xəzinədarı Manuela Rottman vəziyyəti “bu, iyrənc bir gündür” sözləri ilə təsvir edib.

İxtisarlar nəticəsində Berlindəki qərargahda 30 iş yerinin ləğv ediləcəyi bildirilir.

Əsasən müddətli müqavilələr yenilənməyəcək. Bu cür addımlar seçkilərdən sonra partiyalar üçün adi hal sayılsa da, əməkdaşlar xəbərdarlığın edilməməsindən narazıdırlar.

Ofisdə kimlərin işdən çıxarılacağı ilə bağlı mübahisələr davam edir. Bəzi əməkdaşlar rəhbərliyin hərəkətlərini “şəffaf olmayan, ədalətsiz və bəzən açıq-aşkar yalan” adlandırıb, kollektivdə “kütləvi narazılıq” yarandığını bildiriblər.

Xuraman Etibarlı

İnterpress.az