Türkiyədə yay sentyabrın sonuna qədər davam edə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə türkiyəli meteoroloq Güvən Özdemir bildirib.
Meteoroloq payızın gecikə biləcəyini, havaların isə sentyabrın sonuna qədər yay temperaturlarında qala biləcəyini bildirib.
Onun sözlərinə görə, güclü şimal-şərq küləyi — “poyraz” səbəbindən havalar isti olacaq, yağış gözlənilmir.
Mütəxəssis xüsusilə Mərmərə bölgəsi və Egey sahillərində quraqlıq və su çatışmazlığı təhlükəsinin artdığını, artıq bəzi əkin sahələrinin zərər gördüyünü qeyd edib.
O, küləyin davam etməsinin yanğın riskini artırdığını, əgər hava axını dayansa, Basra və Afrikadan gələn isti havanın ölkədə ekstremal istilərə səbəb ola biləcəyini vurğulayıb.
İstanbul, Bodrum və Çeşmədə su anbarlarının səviyyəsi kritik həddə yaxınlaşıb. Yaxın günlərdə yağış olmayacaq, temperatur 32–34 °C civarında qalacaq.
Xuraman Etibarlı
İnterpress.az