Kolumbiyada yeni açılan piyada körpüsü uçub.
İnterpress.az xəbər verir ki, bu barədə Kolumbiya mediası məlumat yayıb.
Kolumbiyada təntənəli açılış mərasimi zamanı gözlənilməz faciə baş verib. Yeni istifadəyə verilən piyada körpüsü qəfil uçub.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Hazırda hadisə yerində xilasetmə işləri aparılır və uçqunun başvermə səbəbləri araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






