Yer kürəsi əhalisi beş milyard nəfər azala bilərbackend

Yer kürəsi əhalisi beş milyard nəfər azala bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə ABŞ arasında nüvə müharibəsi başlasa, Yer kürəsinin əhalisi 5 milyard nəfər azalacaq.

Məyusedici proqnoz “Nature Food” elmi jurnalında dərc olunub.

Eyni zamanda, tədqiqatçıların fikrincə, bir neçə yüz min insan birbaşa partlayışlardan, digərləri isə bir neçə ay ərzində aclıqdan və xəstəlikdən öləcək. Müharibədən sonra yalnız 3 milyard (hazırda Yer kürəsində 8 milyard insan yaşayır) nəfər sağ qalacaq və post-apokaliptik dünyada normal həyata qayıtmağa çalışacaq.

Yeri gəlmişkən, elm adamları digər ölkələr arasında nüvə münaqişəsi ehtimalını da nəzərdən qaçırmayıblar. Məsələn, Hindistan və Pakistan bir-birinə zərbə vursa, o zaman cəmi 2 milyard insan öləcək.