Yeraltı Ayasofyanın 3D görüntüləri nümayiş olundu – FOTObackend

Yeraltı Ayasofyanın 3D görüntüləri nümayiş olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ayasofya Kəbir Şərif Məscidinin böyük yeraltı tikililəri olan tunellər, zirzəmilər, yeraltı türbə və dəhlizlər nümayiş etdirilib.

Sənət və memarlıq tarixi baxımından dünyanın qabaqcıl tikililərindən sayılan Ayasofya Şərqi Roma İmperatorluğu tərəfindən İstanbulda inşa edilib. Ən böyük kilsə olan tikili dünya irsi binası hesab olunur. Tarixçilər tərəfindən “Dünyanın 8-ci möcüzəsi” olaraq da xarakterizə edilir.

Fatih Sultan Mehmet Vəqfi Universitetinin (FSMVÜ) Memarlıq və Dizayn Fakültəsinin professoru Hasan Fırat Diker komandası ilə birlikdə Ayasofyanın memarlıq sənədlərini hazırlayıb. Tikilinin 3D görüntüləri nümayiş etdirilib.

Diker Ayasofyanın eyni bölgədə 3 dəfə tikildiyini qeyd edib. “Bu günə qədər gəlib çatan Ayasofyanın tikintisinə 532-ci ildə başlanıb, 537-ci ildə isə tamamlanıb”, – deyə professor qeyd edib.

O, Ayasofyanın yerin altında da tarixi tikililərinin olduğunu vurğulayıb. Professor bu tikililərin girişinin çox çətin olduğunu qeyd edib. Bu səbəbdən də o qədər də tanınmadığını bildirib.