İranın “kölgə donanmasından” qazanılan hər dollar bloklanacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
ABŞ Maliyyə Nazirliyi İrana məxsus nefti İraq adı altında qaçaqmalçılıq edən 7 şirkət və 9 tankeri sanksiya siyahısına salıb.
Yermak deyib ki, bu şəbəkə hər il yüz milyonlarla dollar gəlir gətirir və İranın maraqlarına xidmət edir.
Onun sözlərinə görə, yeni məhdudiyyətlər açıq mesajdır: İrana və Rusiyaya sanksiyalardan yayınmaqda yardım edənlər nəticə əldə etməyəcək.
Xuraman Etibarlı
İnterpress.az