Yüksək gərginlikli xətt QIRILDI: 20-dən çox inək TƏLƏF OLDU – VİDEObackend

Yüksək gərginlikli xətt QIRILDI: 20-dən çox inək TƏLƏF OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda qopan yüksək gərginlikli elektrik naqili 20-dən çox inəyi tələf edib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Dağıstanın Kurax rayonunda heyvandarlıq təsərrüfatına ağır ziyan vuran bədbəxt hadisə baş verib. Elektrik ötürücü xətlərindən qopan yüksək gərginlikli naqil yaxınlıqdakı otlaq sahəsində otlayan 20-dən çox inəyin üzərinə düşüb.

Heyvanlar güclü elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə kütləvi şəkildə tələf olub.

Baş verən kədərli hadisədən sonra yerli sakinlər böyük təşviş və narahatlıq içindədirlər.

Kənd sakinləri yaxınlıqda asılı qalan digər qəzalı naqillərin də hər an qopa biləcəyindən və insan tələfatına yol açacağından ehtiyat edirlər.

Sakinlər rayon administrasiyasından bu ölümcül təhlükəni təcili olaraq aradan qaldırmağı və qəzalı vəziyyətdə olan elektrik xətlərini dərhal təmir etməyi tələb edirlər.

Faktla bağlı müvafiq elektrik şəbəkəsi idarəsi tərəfindən araşdırma başladılıb.

Xuraman Etibarlı

İnterpress.аz