Zaxarova: “ABŞ və Aİ Gürcüstan hakimiyyətinə hücum edir, Ermənistanla bağlı isə susur”backend

Zaxarova: “ABŞ və Aİ Gürcüstan hakimiyyətinə hücum edir, Ermənistanla bağlı isə susur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Aİ nümayişçilərlə rəftarla bağlı Gürcüstan hakimiyyətinə hücum edir və Ermənistan kontekstində ölümcül sükut hökm sürür.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 15-də keçirdiyi brifinqdə bildirib. Zaxarova son günlər İrəvan və Tbilisidə baş verən etiraz aksiyalarını, ABŞ və Aİ-nin onlara reaksiyasını şərh edib.

“Biz həmişə deyirik ki, konkret ölkədə daxili siyasi həyat suveren dövlətin daxili işidir. Amma bu halda, doğrudan da, Qərbin reaksiyası sabitliyi ilə diqqəti çəkir. Bu, növbəti ikili standartdır və bu nümunə hər şeyi mükəmməl şəkildə nümayiş etdirir”, – Zaxarova deyib.

O qeyd edib ki, ABŞ və Aİ rəsmiləri hər gün nümayişçilərə qarşı pis rəftar etdiklərinə görə Gürcüstan hakimiyyətinə hücum edir.

“Ermənistan kontekstində biz nə görürük? Ermənistanda həyata keçirilən kütləvi həbslər fonunda Qərbin ölümcül susqunluğu. Orada da kobud güc tətbiq edilir. Sanki Qərbi bu gündəmdən uzaqlaşdırıblar”, – o qeyd edib.

Zaxarova həmçinin Aİ və ABŞ mediasının Gürcüstandakı nümayişləri təbliğ etməsinə, nümayişçilərin sözün əsl mənasında qəhrəman kimi təqdim olunmasına diqqət çəkib.

“Ermənistanda minlərlə insanın etirazlarına gəlincə, Qərb mediası sanki orada heç nə baş vermirmiş kimi onları sözün əsl mənasında ört-basdır edir. Yaxud Ermənistanda baş verənlər Qərb mediasında “erməni xalqının iradəsini əks etdirməyən” kimi təqdim olunur və guya kənardan təşkil edilir. Qəribədir. Bu necə ola bilər? – Zaxarova vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az