Zelenski: “Prezident seçkilərini keçirməyə hazıram, amma bu, qeyri-mümkündür”backend

Zelenski: “Prezident seçkilərini keçirməyə hazıram, amma bu, qeyri-mümkündür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Volodimir Zelenski Ukraynada prezidenti seçkilərinin keçirilməsinə hazır olduğunu bildirib.

İnterpress.az xəbər verir ki, V. Zelenski bunu “Associated Press” agentliyinə müsahibəsində deyib.

O, xatırladıb ki, 2024-cü il üçün nəzərdə tutulmuş seçkilər ləğv olunub: “Döyüşlər bunu qeyri-mümkün edib. Ukraynalıların əksəriyyəti düşünür ki, belə şəraitdə səsvermənin keçirilməsi təhlükəli və mənasızdır”.

V. Zelenski söyləyib ki, hazırda onun işi çox çətindir: “Amma postumu tərk etməyim ədalətsizlik və yanlış olar”.

Qeyd edək ki, Ali Rada noyabrın 30-da gələn il Ukraynada prezident seçkilərinin keçirilməyəcəyini təsdiq edib.