Zelenski: “Ukrayna heç vaxt NATO-ya qoşula bilməyəcək”backend

Zelenski: “Ukrayna heç vaxt NATO-ya qoşula bilməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Etiraf etməliyik ki, Ukrayna heç vaxt NATO-ya qoşula bilməyəcək”.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Birgə Ekspedisiya Qüvvələrinin liderləri ilə onlayn görüşdə deyib.

“İllərdir ki, biz “açıq qapı”lar haqqında eşidirik. Lakin biz həm də eşitmişik ki, ora daxil ola bilmərik. Bu həqiqətdir, biz bunu etiraf etməliyik”, – Ukrayna Prezidenti bildirib.

Zelenski əlavə edib ki, Rusiya ilə həmsərhəd ölkələr NATO xaricində müstəqil müdafiə imkanları barəsində düşünməlidirlər. Zelenksi görüşdə bir daha NATO-nu Ukraynanın hava məkanını bağlamağa çağırıb. O vurğulayıb ki, Kiyev bunun mümkün nəticələrindən xəbərdardır.(apa)