“Zvartnots” hava limanında rəsm əsəri OĞURLANDIbackend

“Zvartnots” hava limanında rəsm əsəri OĞURLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zvartnots” hava limanında xarici vətəndaş rəsmi oğurlayıb.

İnterpress.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı əsərin müəllifi Ermənistan Daxili İşlər Nazirliyinə çatdırıb.

Bildirilir ki, Ermənistanın “Zvartnots” hava limanında sərgilənən və satış üçün nəzərdə tutulan rəsmlərdən biri oğurlanıb.

Polis 35 yaşlı xarici vətəndaşı saxlayıb. O, cinayəti etiraf edib və oğurlanmış tablo tapılaraq sahibinə qaytarılıb.

Xuraman Etibarlı

İnterpress.az