“Həddini aşmaq olmaz”: Paşinyandan parlamentdəki davaya SƏRT MÜNASİBƏT – VİDEObackend

“Həddini aşmaq olmaz”: Paşinyandan parlamentdəki davaya SƏRT MÜNASİBƏT – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan parlamentdəki davaya münasibət bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə baş verən insidentlə bağlı açıqlama verib.

Paşinyan zorakılığı pislədiyini, lakin “Vətəndaş Müqaviləsi” fraksiyasının bu gün qəbul etdiyi tədbirləri dəstəklədiyini deyib.

“Kiminsə müxalifətçi olması o demək deyil ki, o, həddini aşmalıdır”, – baş nazir vurğulayıb.

Onun sözlərinə görə, “Güclü Ermənistan” partiyasının üzvü parlament tribunasından kobud davranıb və edilən çağırışlara baxmayaraq üzr istəməyib.

Paşinyan bildirib ki, bundan sonra məsələnin bu cür nəticələnəcəyi aydın olub.

Xuraman Etibarlı

İnterpress.az