Pul vədinin son günübackend

Pul vədinin son günü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakinlərin İnterpress.az-a verdiyi məlumata görə, dekabr ayında həm Abşeron rayon İcra Hakimiyyəti, həm də Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində keçirilən görüşlər zamanı sakinlərin şikayətlərini yerinə yetirilməsi üçün yanvarın 5-i son müddət kimi göstərilib. Buna görə də bu gün bir qrup zərərçəkmiş Prezident Aparatına, digər bir qrup isə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə gedərək pullarını tələb edib.

Sakinlərin sözlərinə görə, Korrupsiyaya qarşı Mübarizə İdarəsində ödənilən pullların geri qaytarılması ilə bağlı heç bir yenilik olmadığı bildirilərək gözləmək tövsiyə olunub: “Bu cavab zərərçəkənləri razı salmır. İstintaqın bitmədiyini bildirib ödədiyimiz pulların qaytarılması üçün gözləməyi məsələhət görürlər. İndiyə qədər aylardır gözləyirik. Ancaq heç bir nəticə yoxdur. Hadisə başlayan ilk vaxtlarda əlində torpaqla bağlı sənəd olan şəxslərə ödədikləri pullar geri qaytarılıb. Bundan başqa heç kəsə pul ödənilmir. Şikayətimizlə bağlı Prezident Aparatına bu gün də müraciət etmişik. Bir qrup zərərçəkəni qəbula yazıblar”.

Elnarə
İnterpress.az