Nazirliyin departamenti ləğv edildibackend

Nazirliyin departamenti ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin departamentlərindən biri ləğv edilib. Həmin qurumun Vergi Audit Departamenti olduğu bildirilir. Artıq həmin departamentin adı Nazirliyin struktur siyahısından çıxarılıb.

Vergi Auditi Departamentindən Lent.az-a bildirib ki, Vergi Auditi Departamenti ilə Bakı Şəhər Vergilər Departamenti birləşdirilib. Yeni qurum Bakı Vergilər Departamenti adı ilə fəaliyyət göstərəcək.
Bakı Vergi Auditi Departamenti vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə, habelə dövlət rüsumlarının tutulması və aidiyyəti üzrə ödənilməsi vəziyyətinə nəzarət etmək, vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamaq, təhlil etmək və qiymətləndirmək, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq tədbirlər görmək, vergi orqanlarında uçota durmayan və ya \”Fərqlənmə nişanı\” almadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri aşkar edildikdə, həmin vergi ödəyiciləri barədə müvafiq tədbirlər görmək, respublika ərazisində fəaliyyət göstərən vergi ödəyicilərində keçirilmiş səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə əsasən tərtib edilmiş aktların, habelə qanunvericiliklə müəyyən edilmiş digər hallarda Departamentin qərarının surətini vergi ödəyicilərinə təqdim etmək funksiyalarına malik idi. ( lent.az )

İnterpress.az