İnterpress.az xəbər verir ki, bundan əvvəl Moskvada keçiriləcəyi barədə məlumatlar yayılan “oğru sammiti”nin İrəvanda baş tutmasına səbəb Rusiya polisinin gözündən yayınmaq olub.
Məlumatlara görə, belə geniş tərkibdə “sxodka” sonuncu dəfə 1998-ci ildə keçirilib. O zaman 100-ə qədər “oğru”nun toplaşdığı “sxodka”ya polis basqını nəticəsində qərarların qəbulu baş tutmayıb. İrəvanda keçiriləcək görüşə isə hazırlıq uzun müddət davam edib. “Sxodka”nın əvvəl Moskvada, sonra İstanbulda, daha sonra isə Afinada keçiriləcəyi barədə yanlış məlumatlar isə hədəfi polisdən yayındrmaq məqsədi daşıyıb. Nəticədə “oğru dünyası” bir yerə toplaşmağa nail olub.
İrəvana hətta 69 yaşlı Boya Apakela da gedib. O, kriminal aləmdə barışdırıcı missiyası ilə tanınır. “Sxodka” iştiakçıları əsasən Qafqaz xalqlarının nümayəndələridir. Şişkan və Şakro Maladoy da “oğru sammiti”ndə iştirak üçün eyni təyyarədə Moskvadan İrəvana gedib. Çeburaşka və Mırış da artıq irəvandadır. Piquç və Voskresin gəlişi isə hələ tam dəqiqləşdirilməyib.
“Sxodka”da bir neçə nəfərin, xüsusilə də Edik Asatryanın “səlahiyyətlərini” şübhə altına alanların sorğu-suala çəkiləcəyi gözlənilir. Kardava qardaşlarının rəhbərlik etdiyi qrup da təhlükə altındadır. Azərbaycanlı “qanuni oğru”lar, xüsusilə də Ded Xasanın qətlində şübhəli bilinən Rövşən Lənkəranski və ona yaxınlığı ilə seçilənlərlə bağlı da mühüm qərarların verilməsi gözlənilir.
Bəzilərini fikrincə İrəvan “sxodka”sı çox başları “aparacaq”. Həm də sözün həqiqi mənasında…
İnterpress.az