Bu barədə ABŞ Konqresinin nəşri olan “The Hill” qzetində dərc olunmuş məqalədə bildirilir.
Nəşr Azərbaycan-İsrail münasibətlərinə toxunaraq yazır ki, İsrailin idxal etdiyi neftin 50%-i Azərbaycandan gəlir: “Azərbaycan isə İsraildən silah əldə edir, çünki ABŞ Azərbaycan və Ermənistan arasında mövcud olan münaqişəyə görə Azərbaycana silah sata bilmir”.
Məqalənin müəllifi Raul Kontreras Azərbaycan və Ermənistan arasındakı münaqişəyə toxunaraq xatırladır ki, 23 üç il əvvəl Rusiyadan dəstək alan Ermənistan ordusu Azərbaycana hücum edərək ölkənin xeyli ərazisini işğal edib: “Ermənistan 1 milyona yaxın azərbaycanlını öz yurd-yuvasından qovub\”.
Yazıda ermənilər tərəfindən Xocalıda törədilən soyqırıma diqqət çəkilərək qeyd edilir ki, ABŞ və Avropa jurnalistləri bu qanlı hadisənin canlı şahidləri olublar: \”Bu hadisələri ancaq soyqırım adlandırmaq olar\”.
Məqalədə bildirilir ki, Azərbaycan İsrailə qurduğu dostluq münasibətlərinə bənzər şəkildə ABŞ-la da dost olmaq istəyir, lakin hər cür məntiqə zidd olaraq Obama administrasiyası İsrailin dostu ilə işbirliyindən uzaq durmağa üstünlük verir: \”Rusiya Azərbaycanı Avrasiya İttifaqının bir hissəsinə çevirmək istəyir. Obama administrasiyası Cənubi Qafqazda və Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü Rusiyaya verib”.
İnterpress.az