Bu barədə məlumatı İnterpress.az-a şöbə müdiri Azər Maqsudov verib.
Onun sözlərinə görə, uşaqlardan ikisi özbaşına vitamin qəbul edib: “Vitamin içənlərdən biri 3, digəri 4 yaşında olub. Valideynləri uşaqların vəziyyətinin dəyişdiyini qısa zamanda hiss edib bizə müraciət ediblər”.
Dərmandan zəhərlənən digər 2 uşaq da nəzarətsiz qaldığı üçün bu addımı atıb. Biri 2, digəri 5 yaşında olan uşaqlar valideynlərin xəbəri olmadan antibiotik qəbul ediblər.
Hazırda uşaqların vəziyyəti stabildir.
Elnarə
İnterpress.az