Müxalifətin yeni lideri danışıqlardan imtina etdibackend

Müxalifətin yeni lideri danışıqlardan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocanın sözlərinə görə, rəsmi Moskva görüşə bütün koalisiyanı yox, sadəcə onun bəzi üzvlərini dəvət edib: “Koalisiya bu görüşdə iştirak etmək üçün heç bir səbəb görmür”.

Rusiyanı “Suriya inqilabının düşmənlərindən biri” adlandıran Xoca deyib ki, danışıqların mövzusu müvəqqəti hökumətin qurulmasıyla bağlı olmasa onlar görüşdə iştirak etməyəcəklər.

Xatırladaq ki, Xaled əl-Xoca İstanbulda yanvarın 5-də keçirilən iclasda Hadi əl-Bəhranı əvəz edərək koalisiyanın rəhbəri seçilib. O jurnalistlərə bildirib ki, müxalifət birliyi Suriya müxalifətinin bütün tərəfləri ilə əlaqə yaradır, ancaq Bəşər Əsəd hökumətiylə heç bir danışıqlara getməyəcək.

Qeyd edək ki, Rusiya hökuməti Suriya müxalifətinin 28 nümayəndəsini atəşin dayandırılmasıyla bağlı danışıqlar üçün görüşə dəvət edib. Dəvət edilənlər arasında ölkədaxili müxalifətlə yanaşı, ölkə xaricində fəaliyyət göstərən müxalifət nümayəndələri də var. Görüş yanvarın 20-də keçiriləcək.

İnterpress.az