Baş kəsən tutuldubackend

Baş kəsən tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində ötən gün \”Sahil bağı\”nda 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovu qətlə yetirən və 1993-cü il təvəllüdlü Məmmədzadə Orxan Təbriz oğluna bıçaqla xəsarət yetirən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elçin Elman oğlu Çobanov tutulub.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə ötən gün saat 20 radələrində qeydə alınıb. N. Həsənov və tanışı O. Məmmədzadə bir nəfər tərəfindən bıçaqlanıb.

İnterpress.az