“Bakıelektrikşəbəkə” 900 nəfəri ixtisara saldıbackend

“Bakıelektrikşəbəkə” 900 nəfəri ixtisara saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a daxil olan məlumata görə, ixtisarlarla əlaqədar qurumun tabeliyindəki idarələrin əməkdaşları ilə görüş keçirilir. Məqsəd ixtisarlar barədə əməkdaşları məlumatlandırmaq və həmin dövrə qədər olan fəaliyyətə görə təşəkkür etməkdir. Ancaq ixtisararın səbəbi barədə içilərə heç bir məlumat verilmir.

Məlumatda o da vurğulanır ki, əvvəlcə 1200 nəfərin ixtisar edilməsi gözlənilsə də, sonradan 300 nəfərin işdə saxlanılmas barədə müzakirələr nəticəsini verib. İxtisar olunanların siyahısı artıq hazırdır və yanvarın 12-dən etibarən elan ediləcək.

“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev İnterpress.az-a ixtisarlarla bağlı məsələdən xəbərsiz olduğunu bildirib: “Mən hazırda məzuniyyətdəyəm. İxtisarlar barədə məlumatım yoxdur. Ancaq işə qayıtdıqdan sonra bu barədə məlumat verə bilərəm”.

Elnarə
İnterpress.az