Yunan-Roma güləşi üzrə reytinq siyahısında 7 güləşçimizin adı daxil edilib. Ən yaxşı göstərici Dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, reytinqdə 7-ci pillədə qərarlaşıb.
59 kq
13. Taleh Məmmədov – Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (12)
66 kq
7. Həsən Əliyev – DÇ 5-ci yer (7)
71 kq
3. Rəsul Çunayev – DÇ 3-cü yer (3)
75 kq
5. Elvin Mürsəliyev – DÇ 3-cü yer (5)
11. Rafiq Hüseynov – Qızıl Qran Pri Final mərhələsi 1-ci yer (11)
85 kq
2. Saman Təhmasibi – DÇ 2-ci yer (2)
130 kq
17. Sabah Şəriəti – Qızıl Qran Pri Final mərhələsi 2-ci yer (15)
Qeyd:İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
İnterpress.az