Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?backend

Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dil insanlar arasında ünsiyyət vasitəsidir. Bu ünsiyyəti qurmaq üçün hər bir xalqın, millətin öz ana dili var və bu dil xalq arasında nə qədər geniş yayılırsa demək o dil yaşayır, inkişaf edir.
Azərbaycan Respublikasının rəsmi dövlət dili Azərbaycan dilidir (Azərbaycan türkcəsidir). Bu dövlətdə yaşayan ayrı-ayrı millətlər bu dildə təhsil alır, bu dil vasitəsilə gələcək həyat tərzlərini tənzimləyirlər. Rəsmi dövlət dilində qəbul edilmiş sözlərin orfoqrafiyasını, orfoepiyasını və s. dəyişdirməyə, əlavələr etməyə heç bir vətəndaşın haqqı yoxdur. Ədəbi dil dövlət tərəfindən qorunur, mühafizə edilir və yalnız vacib olduqda, ümumxalq tərəfindən qəbul edilmiş yeni sözlər əlavə edilə bilər.
Azərbaycan danışıq dili isə ədəbi dilə nisbətən məhdudiyyət qoyulmadan xalq arasında ünsiyyət vasitəsi kimi istifadə edilir. Ədəbi dildən fərqli olaraq danışıq dilində ayrı-ayrı bölgələrin dialekt və şivələrində hamı üçün qəbul edilmiş ümumişlək sözlərdən istifadə oluna bilər. Lakin danışıq dilindən ədəbi dil kimi rəsmi münasibətlərdə, rəsmi dövlət sənədlərində və s. istifadə etmək qətiqadağandır. Müasir dövrümüzdə sosial şəbəkələrdə dövri mətbuatda və s. publisistik üslubdan daha çox istiofadə edilərək ünsiyyət qurulur. Yadda saxlamaq lazımdır ki, bu üslubdan istifadə edərək, yazanlar rəsmi Azərbaycan dövlət dilinin normalarına hökmən riayyət etməlidirlər.
Çox təəssüf ki, çox zaman rəsmi dili danışıq dilinə, dialekt və şivələri də bunlara qataraq özlərindən yeni bir əcaib dil icad edilir və bu dili istədikləri formada xalqa sırıyırlar.
Xüsusən, televiziya və radio yayımlarında aparıcılar bu əndazədən çıxaraq istədikləri formada bu dildən istifadə edirlər. Onlara deyən yoxdur ki, ay uşaq, get o danışıq dili ilə kənddə yaşayan nənə-babanla danış. Camaatı dolamısınız?
Ən naqis əlamətlərdən birisi də odur ki, həm ədəbi dilə, həmdə danışıq dilinə əcnəbi sözlərin geniş axınıdır. Hər hansı bir ölkəyə səyahətə və s. gedib qayıtdıqdan sonra, bir sıra “ziyalılar” özləri ilə gətirdikləri 10-15 əcnəbi sözü də ədəbi dilə sırıyırlar.
Son zamanlar Türkiyə türkcəsinə çox böyük meyllik hiss olunur. Bir çox “ziyalılar” və başqa sənət sahibləri ağına-bozuna baxmayaraq, Türkiyə türkcəsində işlədilən sözləri Azərbaycan türkcəsinə calayır, yeri gəldi-gəlmədi həmin sözləri sosial şəbəkələrdə, dövrü mətbuatda və s. sahələrdə yersiz olaraq istifadə edirlər və bayağı dil yaradaraq o dildə “yazıb –pozurlar”. Bu bədbəxtlər hələ də anlamırlar ki, Osmanlı türkcəsi əcnəbi dil deyil, o Azərbaycan türkcəsinin bir qoludur və ya əksinə. Onlar əgər elə böyük “savad” sahibidirlərsə, ingilis, ispan, çin və s. dilləri öyrənmələri daha məsləhətdir.
M.Ə.Sabir deyirdi ki, Osmanlı türkcəsini Azərbaycan türkcəsinə tərcümə etməyə heç bir ehtiyac yoxdur. Hansı türkcədə danışsan, hamı üçün başa düşüləndir.
Lakin, son zamanlar özünü Azərbaycan “ziyalısı” hesab edən bir sıra bisavadlar Azərbaycan türkcəsinə kütləvi şəkildə türk danışıq dilinin sözlərini ədəbi dilimizə gətirir və onlardan istifadə edirlər. Azərbaycan ədəbi dilini bayağı bir dilə çevirirlər. Əgər Azərbaycan ədəbi dilində hər hansı bir söz yoxdursa, yaxud, öz mənasını düzgün kəsb etmirsə, birinci növbədə Türkiyə türkcəsinə müraciət etmək olar. Əgər dilimizdə həmin mənanı ifadə edən söz varsa, başqa sözə nə ehtiyac var? Belə adamlar bir zamanlar rus dilinə “heyranlıq” nümayiş etdirirdilər. Onun nəticəsidir ki, ruslar 70 ildə Azərbaycan dilini öyrənmədilər
Çox qəribəsi də odur ki, belə “ziyalılar” icad etdikləri qondarma Türkiyə türcəsində yazır, özlərini savad sahibi hesab edirlər. Türk dili əcnəbi dil deyil, ay bədbəxtlər! Nə üçün Türkiyədə sosial şəbəkələrdə və ya mətbuatda bir dəfə də olsun Azərbaycan türkcəsində bir məqalə işıq üzü görmür. Yaxud nə üçün bir türk qardaşımız bizimlə Azərbaycan türkcəsində danışmaq istəmir? Nə üçün siz Türkiyəyə ayaq basan kimi, özünüz icad etdiyiniz qondarma türk dilində “qırıldadırsınız”. Türkiyədə Azərbaycan dilində danışmağı və ya yazmağı kim sizə qadağan edir? Yadınıza salım ki, Türkiyədə 10 milyondan çox Azərbaycan türkü yaşayır. Türkiyə türkləri ilə nə üçün Azərbaycan türkcəsində danışmırsınız? Elə buna görədir ki, sizin kimi kütbeyin səviyyədə olan Türkiyə türkləri bir neçə Azərbaycan türkcəsində işlədilən sözləri məsxərəyə qoyuraq sizlərə gülürlər.
Bu günlərdə sosial şəbəkələrdə bir neçə Azərbaycan türkünün qondarma türk dilində yazdığı məqaləni oxudum və dəhşətə gəldim. Bu müəlliflərin yazısında işlədilən Türkiyə türkcəsindəki sözləri dilimizə yersiz olaraq dilimizə sırımaqlarının şahidi oldum və bir çox sözlərin mənasını başa düşmədim. Bu sözlərdən bir qismini oxuculara təqdim edirəm. Növbəti yazımda həmin müəlliflərin kimliyini sizlərə təqdim edərək rəyiniz bilmək istərdim.
Azərbaycan ədəbi dilinin yaradılmasında, onun inkişaf etdirilməsində və zənginləşdirilməsində görkəmli dilçilərimizin əməyini heç vaxt unutmaq olmaz. Bu dilçi alimlərə xalqımızın həmişə hörmət və məhəbbəti danılmazdır. Onların əməyini yerə vurmaq olmaz.

Səməndər Çaxmaqlı

Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?

Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?

Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?

Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?

Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?

Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?

Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?

Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?

Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?

Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?

Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?

Azərbaycan ədəbi dilini ( Azərbaycan türkcəsini) niyə korlayırsınız?

İnterPress.az