Polşada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Рadisə Lipova kəndində baş verib.
“Səhər saat 9:36-da təyyarə qəzasının baş verməsi barədə məlumat aldıq. İki nəfər hadisə yerində həlak olub. Eniş zamanı təyyarədə nasazlıqlar yaranıb və o, qəzaya uğrayıb”, – Jivets rayon yanğından mühafizə rəisinin mətbuat katibi Tomaş Kolodzey bildirib.