Heydər Əliyev Aeroportu: “Ural Hava Yolları” şirkətinə məxsus təyyarə bomba ehtimalı ilə əlaqədar Bakıya eniş edibbackend

Heydər Əliyev Aeroportu: “Ural Hava Yolları” şirkətinə məxsus təyyarə bomba ehtimalı ilə əlaqədar Bakıya eniş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterPress.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Bəhreyn şəhərindən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

\”Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi ilə bağlıdır. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib\”,-deyə məlumatda vurğulanır.

İnterPress.az