İnterPress.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
İnsident Ciddə şəhərində Kral Əbdül Əziz adına beynəlxalq hava limanında qeydə alınıb.
Yerli KİV-də “Saudi Arabian Airlines” hava yolları şirkətinin komandiri ilə dispetçer arasında gedən danışıqların səs yazısı yayılıb.
Dispetçer təkrar-təkrar pilotun hansı səbəbə təyyarəni geri qaytardığını soruşub. Sonuncu isə qəzəbli şəkildə sərnişinlərdən birinin uşağını terminal binasında unutduğunu bildirib.
İnterPress.az