Rəhman Hacıyevin karyerasını “Neftçi”də davam etdirəcəyi dəqiqləşib.
“Bakı”ya öz cibindən müəyyən təzminat ödəyərək transfer vərəqəsini alan gənclər millimizin sabiq üzvü “Neftçi” ilə artıq anlaşıb. 22 yaşlı oyunçu paytaxt klubu ilə 3 illik müqaviləyə qol çəkib. O, bu həftə Antalyaya yollanaraq, yeni komandasının düşərgəsinə qoşulacaq. Bu məlumatı əməkdaşımızla söhbətində Hacıyev özü də təsdiqləyib.
Qeyd edək ki, Rəhman Hacıyev cari mövsümün ilk dövrəsini Türkiyənin “Qaziantep BB” klubunda keçirib.
İnterpress.az