Məhkəmə iclası ilə bağlı “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin verdiyi açıqlamaya görə, iclasda tərəflər öz arqumentlərini səsləndiriblər və bəlli olub ki, qarşı tərəf Neft şirkəti haqqında yazılar dedikdə Xaliq Məmmədovun haqqında yazılan yazıları nəzərdə tutur və o yazıların dayandırılmasını tələb edirlər.
Biz keçən iclasda bildirmişdik ki, SOCAR-a cavab haqqı tanımağa hazırıq, lakin SOCAR sırf Xaliq Məmmədovun əleyhinə yazılar yazıldığı üçün bu haqqından imtina edərək məhkəmə yolu bizim cəzalandırılmağımızı tələb edir.
Eyni zamanda, məhkəmə zamanı bəlli oldu ki, Xaliq Məmmədov Dövlət Neft şirkətinin nüfuzundan istifadə edərək azad mətbuatı susdurmaq yolunda növbəti addımlar atmaq istəyir və sırf bu səbəbdəndə bizə qarşı qaldırılan məhkəmə əslində bizimlə Xaliq Məmmədov arasındadır”.
Qeyd edək ki, növbəti məhkəmə prosesi fevralın 2-nə təyin edilib.
İnterpress.az