İnterpress.az xəbər verir ki, terrorçunun cəsədi hələlik Fransada saxlanılır. Lakin onun qohumlarından cəsədin dəfni ilə bağlı heç bir müraciət daxil olmayıb.
Bundan əvvəl Kulibalinin cəsədinin təyyarı ilə Malinin Bamako şəhərinə aparmaq planlaşdırılırdı. Ancaq son anda bu Afrika ölkəsinin hakimiyyəti cəsədi qəbul etməkdən imtina edib. Bundan sonra cəsəd yenidən Fransaya qaytarılıb.
Satirik jurnalın redaksiyasında terror aktı törədən iki qardaşın cəsədi isə yanvarın 7-də onların yaşadıqları şəhərlərdə gizli dəfn olunub.
İnterpress.az