Bu gün səhər Şirvan şəhərində baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9 radələrində qeydə alınıb.
Başı kəsilmiş vəziyyətdə tapılan Balakişiyeva Sevinc Məmməd qızının 1976-cı il təvəllüdlü Gəncə şəhər sakini, onun qayınatası Kişiyev Araz Babayar oğlunun isə 1965-ci il təvəllüdlü Şirvan şəhər sakini olduğu açıqlanıb.
Məlum olub ki, Araz Kişiyev Sevinc Balakişiyevanın oğlu Elmir Kişiyevlə evli olmasına etiraz edib. Bununla bağlı son bir ildə ailədə münaqişə yaranıb. Ata dəfələrlə oğlunun qadından boşanmasını tələb edib. Qadın isə hər dəfə buna etirazını bildirib.
Evdə işləyən fəhlələrin bildirdiyinə görə, A. Kişiyev bu gün səhər saat 9 radələrində evə gəlib və az sona evdən qışqırıq səsləri eşidilib.
Onlar evə daxil olmaz istəsələr də, qapının bağlı olduğunu görüblər. Daha sonra hadisə yerinə evin sahibi və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
S. Balakişiyevanın boğazında və ürəyində çoxsaylı bıçaq xəsarətlərinin olduğu aşkarlanıb. A. Kişiyevin isə yalnız boğazında bıçaq yaraları olub.
İlkin məlumata görə, A. Kişiyev qadını qətlə yetirəndən sonra özünə bıçaq xəsarətləri yetirib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları, ekspertlər hadisə yerində araşdırma aparırlar.
11:19
Şirvan şəhərinin Rəsulzadə küçəsində tikintisi hələ başa çatmamış, amma yaşayış olan 15 saylı mənzildə Balakişiyeva Sevinc Məmməd qızı və onun qayınatası Kişiyev Araz Babayar oğlu başı kəsilmiş vəziyyətdə tapılıblar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır. ( apa )
İnterpress.az