6 erməninin qətlinə cəmi 30 dəqiqə ayrıldıbackend

6 erməninin qətlinə cəmi 30 dəqiqə ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zoqrabyan deyib.

Deputat dinləmənin gündəmindən narazılığını bildirib. Belə ki, dinləmələrdə müzakirələr üçün yarım saatdan az vaxt ayrılıb və deputatların çıxışı nəzərdə tutulmayıb.
Zoqrabyanın sözlərinə görə, belə bir ciddi məsələnin müzakirəsi üçün həddindən artıq az vaxt ayrılıb: “Bir saat iyirmi dəqiqə ərzində belə mövzunu müzakirə etmək olmaz. Belə təəssürat yaranır ki, sadəcə görüntü üçün edilir”.

Deputata cavab olaraq komissiyanın rəhbəri Ovanes Saakyan müzakirələrin davamlı olacağını bildirib: “Dinləmələr o vaxta qədər davam etdiriləcək ki, deputatlar onları maraqlandıran bütün suallara cavab tapa bilsinlər”.

İnterpress.az