İnterpress.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. Ə.Əmiraslanov yeni qanun layihəsinin yaxın günlərdə ictimai müzakirəyə çıxarılacağını nəzərə çatdırıb: “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsində bütün bu məsələlər əksini tapacaq”
Qeyd edək ki, deputat Rəşad Mahmudov parlamentdə çıxışında həkimlərin zorakılıqdan qorunmasının zəruri olduğunu bildirib.
İnterpress.az