70 yaşlı qadının meyiti evində tapıldıbackend

70 yaşlı qadının meyiti evində tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər giriş qapısını açıb və mənzilə baxış keçirərkən 1945-ci il təvəllüdlü Rəhimova Sevil Sadiq qızını huşsuz vəziyyətdə aşkarlayıblar.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S.Rəhimovanın vəfat etdiyi müəyyən olunyb. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:47-də başa çatıb.

İnterpress.az