İnterpress.az-ın məlumatına görə, bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb.
Xatırladaq ki, bu oyunun əvvəlcə “Baksell Arena”da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin eyni gündə Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund qarşılaşmaları da keçiriləcəyi nəzərə alınaraq, AFFA millinin oyununun digər stadionda təşkili ilə bağlı UEFA-ya müraciət ünvanlayıb. Artıq Avropa futbol qurumu bu müraciəti müsbət cavablandırıb.
İnterpress.az