“Facebook” yaxşı qiymət almağa səbəb olurbackend

“Facebook” yaxşı qiymət almağa səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Facebook”un ünsiyyət və sosial dəstək kimi istifadə olunması tələbələri yaxşı qiymət almaqda kömək edir.

Bu qərara ABŞ-ın Ayova universitetinin araşdırmaçıları 1600-dən çox tələbə üzərində tədqiqat apardıqdan sonra gəliblər.

Alimlərin fikrincə əgər tələbələr dostlarına bağlıdırlarsa oxuduqları təhsil müəssisələrinə də bağlı olurlar. Bu da həmin məktəb üçün çox vacib amildir.

Alimlər “facebook”a sərf olunan zamanı araşdırıblar. Aydın olub ki “facebook”un bəzi funksiyaları, məsələn paylaşımlar etmək, dostlarla yazışmaq inkişafın yüksək olmasından xəbər verir. Bəzi valideynlər belə hesab edirlər ki, əgər uşaq “facebook”da az vaxt sərf etsə inkişaf öz özünə qalxacaq. Lakin tədqiqatçılar bu cür fikri yanlış hesab edirlər.

““Facebook”da çox vaxt sərf edən şagirdin pis qiymət alması sosial şəbəkəylə əlaqədar deyil. Bu tələbənin özünü idarəetməsindən asılıdır”.

İnterpress.az