Türkiyənin Bakıdakı səfirliyində Zəfər bayramı – Azərbaycan rəsmiləri də qatıldıbackend

Türkiyənin Bakıdakı səfirliyində Zəfər bayramı – Azərbaycan rəsmiləri də qatıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qəbulda Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, səfirliyin və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyinin əməkdaşları, dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, iş adamları, xarici ölkələrin Bakıdakı səfirləri və media təmsilçiləri iştirak ediblər.

Qəbul Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Erkan Özoral Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 avqust – Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.

İnterpress.az