Siyavuş Novruzov: “Kimlərsə özünə Milli Məclis hesabına xal qazanmaq istəyir”backend

Siyavuş Novruzov: “Kimlərsə özünə Milli Məclis hesabına xal qazanmaq istəyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzi deputatlar Milli Məclisin əleyhinə çıxış edirlər. Həmkarım Fazil Mustafa mətbuata açıqlamasında deyib ki, islahatlar Milli Məclisdən başlamalıdır. Səbəb kimi də göstərir ki, sosial şəbəkədə fəaliyyət göstərməsinə Milli Məclis tərəfindən əngəlllər törədilir. Hansı deputatın sosial şəbəkədə olmasına qarşı çıxılıb? Jurnalistlərdən soruşuram, kimə hansı yazının dərc olunub-olunmaması ilə bağlı tapşırıq verilib? Kim hansı yazını istəyir, özü də yazır”.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki,   bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, kimlərsə özünə Milli Məclis hesabına xal qazanmaq istəyir: “Biz xaricdə oturub Milli Məclisə qarşı qarayaxma kampaniyası aparanlarla mübarizə aparaq, yoxsa öz daxilimizdəkilərə qarşı? Ona görə də hər bir kəs öz fikrində, rəyində oturduğu stola hörmət etməlidir. Xalq səlahiyyət verib ki, onun maraqlarını təmsil edəsən. Xalq artisti deyilik ki, “İnstagram”da və digər yerlərdə özümüzü reklam edək. Hərənin öz sahəsi üzrə işi var. Deputatın da işi seçicilərlə işləməkdir. Deputatın işi seçicilərin maraqlarını təbliğ etməkdir, özünün deyil… Hər bir kəs bu məsələyə ciddi yanaşmalıdır. Milli Məclisdə hamının marağı olmalıdır”.