Ağcabədi rayon polis şöbəsində kadr dəyişikliyi olub.
İnterpress.az-ın verdiyi məlumata görə, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, Rüfət Məmmədov Ağcabədi rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. O, bundan əvvəl rayon Polisinin istintaq bölməsinin rəisi işləyib.